Məzmuna keç

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 206.187 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Maqomedxan Maqomedov — 2017–2021-ci illərdə Rusiyanı, 2022-ci ildən isə Azərbaycanı təmsil sərbəst güləşçisi; "Paris 2024" — XXXIII Yay Olimpiya Oyunlarının bürünc medalçısı; Avropa Çempionatlarının qalibi (2022); Dünya Çempionatının finalçısı (2023).

Maqomedxan Maqomedov 2022-ci ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatlarında qızıl medalına sahib olub, 2023 və 2024-cü illərdə isə Avropa Çempionatının finalçısı olub. 2023-cü il Dünya Çempionatını da gümüş medalla başa vurub. Karyerası ərzində isə ümumi olaraq mübarizə apardığı 20 beynəlxalq turniri 5 qızıl, 8 gümüş və 4 bürünc medalla başa vurub.

Azərbaycan idmanında xidmətlərinə görə 2024-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Maksim LevinUkrayna fotojurnalisti. O, Kiyevdə Avromeydan hadisələrini, Donbassda hərbi əməliyyatlarıUkraynada müharibəni işıqlandırmışdır.

Levin 10 ildən çox "LB.ua" nəşrində fotoqraf kimi çalışmış, 2020-ci ildə isə "hromadske" telekanalına keçmişdir. O həmçinin, UNICEFÜmumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq humanitar təşkilatlar üçün fotoşəkillər təqdim etmişdir.

Levin Kiyev vilayətində Rusiyanın Ukraynaya hücumunu sənədləşdirmək missiyası zamanı Rusiya əsgərləri tərəfindən saxlanılmış, sorğu-sual edilmiş, işgəncəyə məruz qoyulmuş və edam edilmişdir.

Maksim Levin III dərəcəli "Xidmətlərinə görə" ordeni (2015), III dərəcəli "Cəsarətə görə" ordeni (2022, vəfatından sonra) və Georgi Qonqadze adına mükafatının (2022, vəfatından sonra) laureatıdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Türkiyədəki saat qüllələrinin siyahısıTürkiyədə dəyərli və məşhur saat qüllələrinin toplusu. Saat qülləsi ənənəsi ilk dəfə Avropada XIII əsrdə başlamış, XVI əsrin sonlarında Osmanlı imperatorluğu torpaqlarına yayılmış və bugünkü Türkiyədə ilk saat qülləsi 1797-ci ildə Anadolu, Safranboluda ucaldılmışdır. Osmanlı imperiyasının yüksək zümrəsi II Mehmed dövründən başlayaraq mexaniki saatlardan istifadə etməsinə baxmayaraq, Osmanlı və Anadolu coğrafiyasında saat qülləsi anlayışının Avropaya nisbətən gec qəbul edilməsinin səbəbləri ilə bağlı fərqli şərhlər irəli sürülür. Əbdülhaq Adnan Adıvar bu vəziyyəti müəzzinlərin, xronometrlərin və qəyyumların öz əhəmiyyətlərini itirəcəkləri qorxusu ilə əlaqələndirərkən, Bernard Luis mətbəə kimi saatın da İslam ictimai quruluşunda çatlaqlara səbəb ola biləcəyindən qorxduğunu müdafiə edirdi. Digər tərəfdən, Şulə Gürbüz qeyd edir ki, zaman hesablayanlar namaz vaxtını dəqiqəsinə qədər dəqiq hesablasalar da, mexaniki saatların bəzən düzgün vaxtı göstərmədiyini və bu xəta fərqinə görə saat qüllələri geniş yayılmamışdır.

(Davamı...)

Günün seçilmiş şəkli